Rusiyada üç nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Yaşayış binasının qarşısında 70 və 41 yaşlı qadınların, eləcə də üç yaşlı uşağın meyitləri aşkarlanıb.
Medianews.az xəbər verir ki, hadisə Kalininqrad şəhərinin Leninqrad rayonunda qeydə alınıb.
Araşdırmalar nəticəsində onların binanın doqquzuncu mərtəbəsində yaşadıqları müəyyən edilib.
Bildirilir ki, yaşlı qadına bir müddət əvvəl psixi xəstəlik diaqnozu qoyulub.
Qeyri-rəsmi məlumatlara görə, qadınlardan biri əvvəlcə uşağı pəncərədən atıb, daha sonra isə hər iki qadın pəncərədən yıxılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Medianews.az