Koreya Xalq Demokratik Respublikasının (KXDR) sədri Kim Çen In növbəti dəfə maraqlı qadağaları ilə gündəmə gəlib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, KXDR lideri “hamburger”, “karaoke” və “icecream” sözlərini qərb mənşəli hesab etdiyi üçün onların işlənməsinə qadağa qoyub. Kim Çen In hər kəsi bu sözləri yerli sözlərlə əvəz etməyə çağırıb.
Nəşr yazıb ki, Vonsan kurortunda Rusiya və Çindən turist qəbul edən turist bələdçilərinə artıq göstərişlər də verilir. Onlara tapşırılır ki, Qərbdə və qonşu Cənubi Koreyada məşhur olan ingilisləşməkdən uzaq dursunlar.
"Bundan sonra “hamburger” sözü dajin-gogi gyeopppang (qiymə ilə ikiqatlı çörək), “ice cream" isə eseukimo ilə əvəz ediləcək. Cənubi Koreyada geniş yayılmış karaoke maşınlarına bundan sonra “ekranlı maşınlar” deyiləcək", - nəşr yazıb.