Medianews.az
Bakıda parkda 39 yaşlı qadın öldürüldü - <span style=color:red>Əri saxlanıldı
272 baxış

Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib. Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb. Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir. Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizə qoşulun