İtaliyanın Dolomit Alp dağlarında azaraq çarəsiz qalan ər-arvad 5 günlük gərgin axtarışlardan sonra tapılıb.
Medianews.az xəbər verir ki, 42 yaşlı Davide Çezaroni və 38 yaşlı Kyara Pezarezi iyulun 2-də telefonlarının enerjisi bitdiyi üçün insanlarla əlaqəni tamamilə itiriblər.
Onların itkin düşməsi isə yalnız 4 gün sonra, işə getmədikdə məlum olub.
Cütlük dağ şəraitində tərk edilmiş köhnə bir daxmaya sığınaraq və yaxınlıqdakı kiçik çayın suyu ilə qidalanaraq sağ qalmağı bacarıb. Ər-arvad məhz həmin çayın onlara yaşamaq ümidi verdiyini bildirib.
Ciddi xəsarətləri olmayan italyanlar helikopterlə xilas ediliblər. Tamamilə taqətdən düşən cütlük hazırda sağ qaldıqları üçün böyük rahatlıq yaşadıqlarını dilə gətirib.
Medianews.az