Cənub-Şərqi Asiya dövlətləri Avropadakı mövcud vəziyyətin əsl səbəblərini aydın görür və Rusiyaya böyük hörmətlə yanaşırlar.
Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, XİN rəhbəri Sergey Lavrovun Manilada keçirilən ASEAN sammitindəki qarşılanması bunun bariz nümunəsidir. Zaxarova vurğulayıb ki, tədbirin qala-şam yeməyində xarici işlər nazirləri Lavrov zala daxil olarkən ayağa qalxaraq ona xüsusi ehtiram nümayiş etdiriblər.
Diplomatın sözlərinə görə, Qərb ölkələrindən fərqli olaraq, Asiya-Sakit okean regionu dövlətləri beynəlxalq prosesləri obyektiv qiymətləndirir və Rusiyanı təcrid etmək cəhdləri bu regionda heç bir nəticə verməyib.//Bakıvaxtı.az