Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusunu açıqlayıb.
Medianews.az xəbər verir ki, qurumun rəsmi məlumatına görə, bu ada Argentina millisinin əfsanəsi Lionel Messi layiq görülüb.
Bildirilib ki, seçim yalnız statistik göstəricilər əsasında edilib.
2026-cı il dünya çempionatında Argentina millisinin heyətində bütün 8 oyunda iştirak edən Messi 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, turnirin bombardirlər siyahısında 10 qolla birinci olan Fransa millisinin hücumçusu Kilian Mbappedən sonra ikinci yeri tutub.
Medianews.az