Medianews.az
Borc üstündə qonşusunu
85 baxış

Borc üstündə qonşusunu yandırıb ÖLDÜRDÜ

Hindistanda kişi borca görə qonşusunu yandıraraq öldürüb.

Medianews.az xəbər verir ki, faciə Patan şəhərində baş verib.

Məlumata görə, qadın təcili ehtiyacları üçün qonşusundan borc alıb və qaytarmaq üçün bir neçə gün möhlət istəyib. Bundan sonra kişi qadının olduğu evə daxil olaraq onun üzərinə yanacaq mayesi töküb və yandırıb.

Ağır yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şübhəli şəxs də hadisə zamanı yanıq xəsarətləri alıb və polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.

Medianews.az

Bizə qoşulun