Fransada uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub.
Medianews.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron bəyan edib.
O qeyd edib ki, məhdudiyyətlər sentyabrda qüvvəyə minəcək:
"Əvvəlcə 15 yaşınadək uşaqlar üçün yeni akkauntların yaradılması qadağan olunacaq. Mövcud hesablar isə 2027-ci il yanvarın 1-dək silinəcək. Komendant saatı çərçivəsində 15-18 yaşlı yeniyetmələrin internet resurslarından istifadəsi məhdudlaşdırılacaq".//Teleqraf