Rusiyanın Kazan şəhəridəki gimnaziyada insanları güllələyən İlnaz Qalyaviev "Qara delfin" koloniyasında evlənib. Onun həyat yoldaşı Moskvadan olan 18 yaşlı gənc jurnalistdir.
Medianews.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, Diana K. Qalyavievi ilk dəfə məhkəmə iclaslarından birində görüb. Daha sonra onunla görüşə gəlib və bundan sonra cütlük nikah bağlamaq qərarına gəlib. Nikah may ayının sonunda Sol-İletskdə yerləşən 6 saylı islah müəssisəsində qeydə alınıb. Həyat yoldaşları yalnız ildə bir dəfə görüşə biləcəklər.
Xatırladaq ki, 2021-ci ilin mayında Qalyaviev Kazandakı 175 saylı gimnaziyaya tüfənglə gəlib, yeddi şagirdi və iki müəllimi öldürüb, daha 24 nəfəri yaralayıb. Məhkəmə onu anlaqlı hesab edib və ömürlük həbs cəzasına məhkum edib.
Hücumdan sonra Qalyavievin pərəstişkar qrupu yaranıb və ona vəkil üçün pul toplayıblar.//oxu.az