İspaniya millisinin yarımmüdafiəçisi Qavi 2026-cı il dünya çempionatının finalından sonra Argentina futbolçularının davranışına münasibət bildirib.
Medianews.az xəbər verir ki, o, qarşılaşmadan sonra baş verən insidentlərə baxmayaraq, Argentina millisinin oyunçularının diskvalifikasiya edilməsinin tərəfdarı olmadığını deyib.
"Düzünü desəm, onların diskvalifikasiya olunmalı olduğunu düşünmürəm. Baş verənlər uşaqlar üçün yaxşı nümunə deyil. Amma futbol müəyyən qədər sərt mübarizə və emosiyalar da ehtiva edir. Məncə, meydandan qovulmaq futbolun bir hissəsidir", – deyə Qavi bildirib.
Xatırladaq ki, final fitindən sonra Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes İspaniya yığmasının futbolçuları Erik Qarsiya və Qavi ilə qarşıdurma yaşamışdı.
Medianews.az