Medianews.az
"Çelsi" tarixinin ən bahalı
84 baxış

"Çelsi" tarixinin ən bahalı transferini etdi

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Medianews.az xəbər verir ki, “Aston Villa”dan Morqan Rocers transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə 6 illik müqavilə imzalanıb.

"The Guardian" yazır ki, London klubu transfer üçün 137 milyon avro ödəyəcək. Bu isə klub tarixinin rekord transfer məbləğidir.

Qeyd edək ki, Rocers 2024-cü ildən "Aston Villa"da çıxış edirdi. O, DÇ-2026-da bürünc medal qazandığl İngiltərə millisi ilə 7 oyunda 1 məhsuldar ötürmə edib. Morqan ötən mövsüm "Aston Villa"da bütün turnirlər 55 oyuna çıxıb, 14 qol vurub və 12 qol ötürməsi edib.//Qol.az

Bizə qoşulun