Medianews.az
İndoneziyada güclü
74 baxış

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Sumatra adasında 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Tədqiqat Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar iyulun 22-də yerli vaxtla saat 11:18-də (Bakı vaxtı ilə 08:18) qeydə alınıb. Zəlzələnin episentri adanın şimalında, təxminən 54 min nəfər əhalisi olan Lanqsa şəhərindən 55 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.//Trend 

Bizə qoşulun