Medianews.az
ABŞ-ın İran müharibəsinə xərclədiyi
86 baxış

ABŞ-ın İran müharibəsinə xərclədiyi məbləğ açıqlanıb

ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ Senatının Mənimsəmələr Komitəsində Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) əlavə büdcə tələbi ilə bağlı senatorların suallarını cavablandırıb.

 Medianews.az xəbər verir ki, İranla müharibənin ABŞ üçün maliyyə yükü barədə suala cavab verən nazir deyib: "Bu günə olan məlumata əsasən, xərc 37,5 milyard dollar təşkil edir".

Heqset qeyd edib ki, açıqlanan məbləğə cari ilin 30 sentyabr tarixinədək gözlənilən xərclər də daxildir.

Nazir vurğulayıb ki, Pentaqonun əlavə büdcə tələbi zərurətdən irəli gəlir.

"Bildiyiniz kimi, cəsarətli və operativ qərarların qəbul edilməsini tələb edən təhlükəli bir dünyada yaşayırıq. 2026-cı maliyyə ili üzrə əlavə büdcə tələbinin səbəbi də məhz budur", – deyə o bildirib.//Manşet.az

Bizə qoşulun