"Qəhvənin gündəlik və ölçülü şəkildə istehlakı sağlamlıq üçün bir sıra faydalar təmin edə bilər".
Medianews.az xəbər verir ki, bunu diyetoloq Coanna Kats deyib.
Onun sözlərinə görə, qəhvə qısamüddətli dövrdə diqqəti cəmləməyi və reaksiya sürətini yaxşılaşdırır. Bəzi insanlarda isə fiziki dözümlülüyü və əzələ gücünü artırır.
Mütəxəssis qeyd edib ki, araşdırmalar müntəzəm qəhvə istehlakının ürək-damar xəstəlikləri, 2-ci tip diabet və qaraciyər xəstəlikləri riskini azaltdığını göstərir. Bundan əlavə, gündəlik ölçülü qəhvə qəbulu uzunmüddətli perspektivdə Parkinson xəstəliyi və demensiya riskinin də azalması ilə əlaqələndirilir.
Kats vurğulayıb ki, qəhvə sağlam qidalanmanın bir hissəsi ola bilər. Lakin o, tərkibində çoxlu şəkər, sirop, qaymaq və ya digər yüksək kalorili əlavələr olan qəhvə içkilərinin eyni faydalara malik olmadığını da qeyd edib.
Medianews.az