Medianews.az
Oçoa peşəkar futbolla
78 baxış

Oçoa peşəkar futbolla vidalaşdı

Meksika millisinin qapıçısı Gilyermo Oçoa peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, 41 yaşlı qolkiper milli komandanın heyətində altı dünya çempionatında iştirak edərək bu göstəricidə Kriştiano Ronaldo və Lionel Messi ilə eyni nəticəyə imza atıb.

Oçoa 2014, 2018 və 2022-ci il mundiallarında Meksikanın əsas qapıçısı olub.

2026-cı il dünya çempionatında isə o, qrup mərhələsinin son turunda Çexiyaya qarşı keçirilən oyunda son 13 dəqiqədə meydana çıxıb.

Oçoa Meksika millisində 2005-ci ildə debüt edib. O, yığmanın heyətində keçirdiyi 154 oyunda 154 qol buraxıb, 64 matçda isə qapısını toxunulmaz saxlayıb.

Medianews.az

Bizə qoşulun