Fransa millisinin kapitanı Kilian Mbappe DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra məğlubiyyətin məsuliyyətini üzərinə götürüb.
Medianews.az xəbər verir ki, Mbappenin sözlərinə görə, qələbə qazandıqda bütün tərifləri qəbul etdiyin kimi, məğlubiyyət zamanı da tənqidlərə hazır olmalısan.
"Qalib gələndə bütün alqışları sən alırsan. Məğlub olanda isə bütün tənqidlərə dözməli olursan. Kapitan kimi bu məsuliyyəti öz üzərimə götürürəm və bununla bağlı heç bir problemim yoxdur".
Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniyaya 0:2 hesabı ilə uduzaraq final şansını itirib. Komanda dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxacaq.
Medianews.az