Psixoloqlar bildirirlər ki, bəzi insanlar üzr istəsələrdə, əslində səmimi peşmanlıq hiss etməyə bilərlər.
Medianews.az xəbər verir ki, mütəxəssislər bu cür üzrxahlıqları müəyyən ifadələr vasitəsilə tanımağın mümkün olduğunu deyirlər.
Məsələn, “əgər səni incitmişəmsə, üzr istəyirəm” və “sən əsəbiləşmisənsə, bağışla” kimi cümlələr birbaşa günahı etiraf etmir və məsuliyyəti qarşı tərəfin hisslərinə yönəldir.
Ekspertlər qeyd edirlər ki, “mənə elə gəlir üzr istəməliyəm”, “mənə dedilər üzr istəyim” kimi ifadələr də səmimi deyil, çünki burada məsuliyyət qəbul edilmir və üzr könüllü deyil.
Həmçinin “amma sən də…”, “sadəcə zarafat edirdim”, “sən həddindən artıq reaksiya verirsən” kimi ifadələr əslində üzrü zəiflədir və davranışı əsaslandırmağa yönəlir.
Psixoloqların fikrincə, səmimi üzrün əsas əlaməti səhvin açıq etirafı, məsuliyyətin qəbul edilməsi və bəhanəsiz peşmanlıq ifadəsidir.
Medianews.az