Medianews.az
İlon Mask süni intellektlə "Odisseya" əsasında
99 baxış

İlon Mask süni intellektlə "Odisseya" əsasında film çəkəcək

ABŞ-li milyarder İlon Mask "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt (Sİ) video generatoru tərəfindən qədim yunan şairi Homerin "Odisseya" dastanına əsaslanan tammetrajlı filmin ərsəyə gətiriləcəyini bəyan edib. Ekran əsərinin cari ilin sonunadək işıq üzü görəcəyi planlaşdırılır.

İş adamı bu barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Maskın sözlərinə görə, süni intellekt tərəfindən yaradılan film tarixi dəqiqliyi qoruyacaq və yunan müəllifinin bədii ideyasına maksimum uyğun gələcək.

"Bu ilin sonuna qədər "Grok Imagine" tarixən dəqiq və Homerin sənətinə sadiq qalacaq "Odisseya" əsasında tammetrajlı film yaradacaq", - deyə o yazıb.

İyulun 6-da Mask Kristofer Nolanın "Odisseya"sının treylerini tənqid edib. Tesla və SpaceX-in rəhbəri rejissoru "Oskar" almaq üçün "sürünən" və əsərlərinə "vouk-siyasətə" (sosial ədalət ideyalarına) uyğun elementlər əlavə edən qurd adlandırıb. Sahibkar hesab edir ki, rejissor öz ekranlaşdırması ilə qədim yunan şairi Homeri təhqir edir.

Fevral ayında Mask iddia edirdi ki, Homerin sarışın adlandırdığı Troyalı Helen rolunu qaradərili aktrisa Lupita Nyonqonun canlandırması rejissorun mükafatlandırma mərasimlərində tanınmaq cəhdinin bir hissəsidir. İş adamı Nolanı dürüstlüyünü itirməkdə ittiham edib.

Bizə qoşulun