Fransa “Lans”ı Premyer Liqa komandasından onun farm-klubu olmaq təklifi alıb.
Bu barədə “Lans”ın prezidenti Cozef Oqurlian məlumat verib.
“Bu, tamamilə ağlasığmazdır! Biz belə bir təklif aldıq, amma bu, mənim nəzərdən keçirdiyim bir seçim deyil! Bu, bu klubun DNT-sinə uyğun gəlmir. Hələ ki, gücümüz qalıb, belə bir şeyə can ata bilmərik… Bəlkə də intellektual cəhətdən nəsə çatışmır, amma şəxsən mən bunu liqamız üçün çox kədərli hesab edirəm.
Biz Fransayıq, Dünya Kubokunun yarımfinalçısıyıq, dünyada ən çox futbolçu yetişdirən ölkəyik. Biz Premyer Liqa üçün sadəcə B Liqası olmaqdan daha çox şeyə can atmalıyıq !”, – deyə L’Équipe Uqurlyandan sitat gətirib.
2025/2026 mövsümündə “Lans” Fransa Kubokunu qazanıb və Liqa 1 turnir cədvəlində ikinci yeri tutub./publika.az