Medianews.az
Ağdamda yanğın başlayıb
91 baxış

Ağdamda yanğın başlayıb

Ağdam rayonunda açıq ərazidə yanğın başlayıb.

Medianews.az bildirir ki, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.//qafqazinfo

Bizə qoşulun