Medianews.az
UFC Bakı:
222 baxış

UFC Bakı: Fərman Həsənov qələbə qazandı

UFC Bakı turnirində növbəti qarşılaşma yarımorta çəki dərəcəsində baş tutub.

Medianews.az xəbər verir ki, Fərman Həsənov Erik Nolanla üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan döyüşdə azərbaycanlı idmançı Fərman Həsənov qalib gəlib.

Həsənov doğma azarkeşlər qarşısında inamlı çıxışı ilə yadda qalıb və gecəyə daha bir qələbə əlavə edib.

Qələbədən sonra idmançı azarkeşlərə təşəkkür edərək: “Yaşasın Azərbaycan! Sağ olun. Mən millətimi sevirəm. Millətimin qarşısında qələbə qazanmaq mənim üçün qürurvericidir”, – deyə bildirib.

Xatırladaq ki, Fərman Həsənov döyüşə “Məndə sığar iki cahan” qəzəlinin Sami Yusuf ifasında səsləndiyi musiqi ilə daxil olub.

Müşfiqə

Bizə qoşulun