Medianews.az
“Qarabağ”a 3 qol vurmuşdu -
105 baxış

“Qarabağ”a 3 qol vurmuşdu - “Ayntraxt”ın məşqçisi kimi Bakıya gəlir

Dino Toppmölleri istefaya göndərən Almaniyanın “Anytraxt” klubu “Qarabağ”la Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi matça sabiq futbolçularının rəhbərliyi altında çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. 

Bildirilib ki, U-19 komandasının çalışdırıcıları Aleks Mayer və Dennis Şmidt məşqçilər korpusunda olacaq. Onlar yanvarın 21-də Bakıda keçiriləcək oyunda komandanın başında yer alacaqlar. 

Qeyd edək ki, Aleks Mayer “Qarabağ”a yad sima deyil. O, 2013-2014-cü illərdə “Ayntraxt”ın heyətində Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı çıxış edib. Bakıda keçirilən matçda dublu ilə komandasına qələbə qazandıran Mayer Almaniyadakı qarşılaşmada da ilk qolun müəllifi olmuşdu. Həmin görüşdə də frankfurtlular 2:1 hesablı qələbəyə sevinmişdi. 

A.Mayer karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb və 2025-ci ildən “Ayntraxt”ın U-19 komandasını çalışdırır. 

Bizə qoşulun