Medianews.az
“Onlar desinlər ki, Almaz Saraylı bizim xalamızdır, oğlum deyir ki, bu söhbəti birdəfəlik bağla, mənim həyatımdan sizə nə?” -
196 baxış

“Onlar desinlər ki, Almaz Saraylı bizim xalamızdır, oğlum deyir ki, bu söhbəti birdəfəlik bağla, mənim həyatımdan sizə nə?” - FOTO+ÖZƏL

“Müğənni bu sənətə əgər sənət üçün gəlibsə Azərbaycan xalqına uyğun hərəkət etməlidir. İstər geyimində, istər davranışında, istərsə də özünü aparma qaydasında. Mənim başım götürmür. Efirlər çağıranda əvvəlcə şərt kəsirəm ki, nə ailəmdən, nə uşağımdan danışmayacağıq. Mən o boyda toy etdim. Bütün kanallar dedilər ki, gəlib çəkib işıqlandıraq. Oğlum dedi ki, ana, bu söhbəti birdəfəlik bağla. Mən evin içini açıb göstərməyi sevmirəm. Mənim həyatımdan sizə nə? Sizin həyatınızdan mənə nə? Ona görə də indiyə qədər hörmət sahibiyəm”.

Bunu Medianews.az-a açıqlamasında müğənni Almaz Saraylı deyib.

O daha sonra uzun illərdir toylara fasiləsiz getməsindən danışıb:

“Biləsiniz məni toylarda necə qarşılayırlar? Başqaları olsaydı görməmişlik edərdi. Mən toylara sadə maşında gedirəm. Durub indi bahalı maşınla gedim? Bizdə bahalı maşın yoxdur? Görməmişlər gəlib düşüblər sənət aləminə. O ondan küsür, bu onunla barışır, o buna söz atır. Şəxsən mən izləyəndə ətim tökülür. Məndən də gözəl oxuyanlar var. Bizim gözəl sənətkarlarımız var. Onlar qalıb kənarda, efirləri görün kimlər zəbt edib! Bu sadəcə dəhşətdir. Mən efirlərə dəstəmlə gəlib oxuyuram. Ağaxan Abdullayevlə, Məmmədbağır Bağırzadə ilə, Sabir Əliyevlə çalışmışam. Onlar mənə dəyər veriblər. Ona görə də mənim bu gün də toyum var. İllərdir bunu qoruyub saxlayıram. Belə lazımdır. Bəzən kövrəlirəm, ağlayıram ki, şükür bu günümə. Yanımdakı qız deyir ki, bu hörməti siz qazanmısız. Ona görə də “odnarazıvı”, 1-2 aylıq müğənni olmaq lazım deyil. Efirlərdə çox təəssüf ki, əksər vaxt elələrini görürük. Filankəsin ərini alırlar, filankəsdən uşaq dünyaya gətirirlər. Bu söhbətlərin axırı yoxdur. Aparıcılarda da təqsir var. Ayda-ildə bir dəfə dəstəmlə çıxıram, sonra dayanıram. Gələn ay mənim doğum günümdür. O aparıcı deyir ki, gəl bizdə qeyd et, bu aparıcı deyir ki, bizim efirdə qeyd et. İmtina etmək istəmirəm. Evdəkilər də deyir ki, dəvət edirlərsə get. Vallah əlimdən öpürlər, başımdan öpürlər. Mən bu hörməti qazanmışam. Bu Allah vergisidir. Yaxşı oxuyan çoxdur, amma mənim kimi toy aparan yoxdur. Mətanət Əsədova, Elnarə Abdullayev oxuyanda baxıram. Bilirəm ki, orada sənət var”.

Almaz Saraylı qohumu olan Elnarə Xəlilova və Mina Hüseynlə bağlı suala da cavab verib:

“Hər dəfə efirlərdə bu söhbəti gündəmə gətirirlər. Mən də elə etdim ki, bu söhbət bağlansın. Onlar məndən kiçikdir. Onlar mənim üçün deməlidirlər ki, Almaz Saraylı bizim xalamız nəvəsidir. Lap elə xala desinlər. Mən niyə onlar haqda danışmalıyam ki? Onlar ögeydirlər, qan qohumu deyirlər. Mənim nənəm rəhmətə gedəndən sonra babam nənəmin xalasıqızını aldı. Onlar mənimlə fəxr etməlidirlər. Onlardan danışmağa mənim haqqım yoxdur. Hər kəs öz yerini bilsə yaxşı olar”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun