Medianews.az
Messi kimsəsiz adaya kiminlə gedərdi:
206 baxış

Messi kimsəsiz adaya kiminlə gedərdi: uşaqlarını kimə etibar etməzdi?

Lionel Messi bu yaxınlarda verdiyi müsahibədə qısa bir sorğuda iştirak edib.

Medianews.az-ın Lent.az-a istinadən məlumatına görə, o, Argentina millisinin oyunçularını ən gözlənilməz kateqoriyalarda - yumorla və senzurasız seçib:

• Kiminlə kimsəsiz adasına gedərdiniz? - De Pol

• Meydanda ən çox kim şikayət edir? - De Pol

• Gün ərzində “Instagram”ınızı idarə etmək üçün kimə etibar edərdiniz? - Di Mariya

• Uşaqlarınıza baxmaq üçün kimə etibar etməzdiniz? - Emiliano Martines

• Zarafatı ən pis qəbul edən kimdir? - Di Mariya

• Geyimlərə ən çox kim pul xərcləyir? - Otamendi

"Onun geyinmə tərzini bəyənirəm, amma eyni şeyi geyinsəm, axmaq kimi görünəcəyəm", - Messi qeyd edib.
 

Bizə qoşulun