Əfsanəvi müğənni Maykl Ceksonun həyatından bəhs edən “Maykl” filmi dünya kinematoqrafiyası tarixində bioqrafik filmlər janrında kassa yığımlarına görə yeni rekord müəyyən edib.
Medianews.az xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Bildirilib ki, rejissor Antuan Fukunun bu il ekranlara çıxan filminin dünya üzrə ümumi yığımları artıq 977 milyon dolları keçib. Bununla da, film Kristofer Nolanın rejissoru olduğu və kinoprokatda 975 milyon dollar qazanmış “Oppenheimer” (2023) filminin müəyyənləşdirdiyi rekordu üstələyib.
Qeyd edək ki, aprel ayında ekranlara çıxan “Maykl” filmi ABŞ ərazisində 370,2 milyon dollar, onun hüdudlarından kənarda isə 607,2 milyon dollar yığıb. Bununla, ekran işi həm də “Lionsgate” kinostudiyasının ən çox kassa yığımı olan filminə çevrilib./Qafqazinfo.az