Medianews.az
Xaçmazda kanalda 66 yaşlı qadının
94 baxış

Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun