Medianews.az
Kim Çen Inın seçkidə qalib gəlməsi
104 baxış

Kim Çen Inın seçkidə qalib gəlməsi gündəm oldu

Şimali Koreyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Medianews.az xəbər verir ki, ölkə lideri Kim Çen In yüksək səs çoxluğu ilə yenidən seçilərək parlamentdəki mövqeyini qoruyub.

Rəsmi məlumatlara görə, Kim Çen In seçkilərdə 99,93 faiz səs toplayıb. Bildirilib ki, seçici fəallığı da olduqca yüksək olub və bu nəticələr xalqın mövcud hakimiyyətə güclü dəstəyinin göstəricisi kimi təqdim edilib.

Açıqlanan rəqəmlər beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Rəsmi qurumlar bunu sabitlik və milli birlik göstəricisi kimi qiymətləndirsə də, tənqidçilər fərqli mövqe sərgiləyir.

Ekspertlər qeyd edir ki, Şimali Koredə seçkilər əsasən hər dairədə bir namizədin iştirakı ilə keçirilir. Bu səbəbdən yüksək səs faizləri tez-tez formal xarakter daşıdığı üçün beynəlxalq səviyyədə tənqid edilir.

Analitiklər hesab edir ki, seçki nəticələri yalnız daxili auditoriyaya deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə də mesaj verir. Bu nəticələrlə hakimiyyət həm ölkə daxilində sabitliyi nümayiş etdirməyə, həm də xarici arenada mövqeyini gücləndirməyə çalışır.

Seçkilər Koreya yarımadasında hərbi gərginliyin və nüvə proqramı ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə baş tutub. Son aylarda Şimali Koreyanın raket sınaqları və hərbi aktivliyi regionda diqqət mərkəzində qalmaqda davam edir.

Medianews.az

Bizə qoşulun