Medianews.az
İbrahimoviçdən sərt sözlər:
89 baxış

İbrahimoviçdən sərt sözlər: "Paredesə kəllə vurardım"

İsveç millisinin əfsanəsi Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatının finalından sonra baş verən insidentə münasibət bildirib.

Medianews.az xəbər verir ki, İbrahimoviç Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesi tənqid edib.

O bildirib ki, özü meydanda olsaydı, onun bu davranışına sərt reaksiya verərdi.

"Paredes sevinməlidir ki, meydanda mən olmamışam. Orada olsaydım, ona bir kəllə zərbəsi endirər və qırmızı vərəqə alardım. Onun davranışı peşəkar davranış deyil", – deyə İbrahimoviç bildirib.

Qeyd edək ki, Argentina – İspaniya finalının bitməsindən sonra futbolçular arasında qarşıdurma yaşanıb. Paredes əvvəlcə Erik Qarsiyanın boğazından tutub, daha sonra komanda yoldaşını müdafiə etməyə çalışan Qaviyə hücum edib.

Medianews.az

Bizə qoşulun