"Barselona"nın vingeri Lamin Yamal komandanın gücləndirilməsini istəyir.
Medianews.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
18 yaşlı futbolçu hesab edir ki, heyətdə elit hücumçu çatışmır və bu tələblərə uyğun oyunçunun transferində israr edir. Gənc ispaniyalı klubun onun ambisiyalarına uyğun səviyyədə olmasını istəyir.
"Barselona" artıq uzun müddətdir ki, "Atletiko"nun hücumçusu Yulian Alvareslə maraqlanır. Argentinalı futbolçu ötən gün "Kamp Nou"da "Barsa"ya qarşı keçirilən 1/4 final mərhələsinin ilk oyununda cərimə zərbəsindən qol vuraraq matçın qəhrəmanına çevrilib.//Publika.az