“Barselona”nın prezidenti Xuan Laportanın seçkilərdəki qələbəsi baş məşqçisi Hansi Flikin klubdakı uzunmüddətli gələcəyinə də yol açıb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis müqaviləsinin uzadılması ilə bağlı qərarı seçkilərdən sonra verməyi planlaşdırmışdı. O, yalnız Laporta yenidən prezident seçiləcəyi halda “Barsa”da qalmaq istəyirdi.
“Diario Sport”un xəbərinə görə, Flikin müqaviləsinin 2028-ci ilə qədər uzadılması artıq zaman məsələsidir. Onun hazırkı sözləşməsi isə gələn il başa çatır.
Eyni zamanda Laportanın ən yaxın tərəfdaşlarından biri olan idman direktoru Deko da “Barselona”dakı gələcəyini təmin edib.