Medianews.az
 Brunu Fernandeşdən
184 baxış

Brunu Fernandeşdən iddialı AÇIQLAMA

Portuqaliya millisinin yarımmüdafiəçisi Brunu Fernandeş 2026-cı il dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, futbolçu komandasının əsas hədəfinin dünya çempionu olmaq olduğunu bildirib. Onun sözlərinə görə, Portuqaliya indiyədək bu titulu qazana bilməsə də, hazırkı heyətin buna nail olmaq üçün kifayət qədər potensialı var.

“Dünya çempionu olmaq bizim ən böyük arzumuzdur. Bütün diqqətimizi Portuqaliyanın indiyədək qazana bilmədiyi bu kuboku ölkəmizə gətirmək üçün etməli olduqlarımıza yönəltməliyik”, – deyə Fernandeş bildirib.

Təcrübəli yarımmüdafiəçi milli komandanın kapitanı Kriştianu Ronaldo haqqında da danışıb. O, Ronaldunun həm komanda yoldaşı, həm də ölkə futbolunun simvolu kimi böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Ronaldunun bizimlə olması böyük şərəfdir. O, dünya çempionatında uğur qazanmağımıza kömək edə biləcək futbolçudur. Düşünürəm ki, ondan hər zaman öyrənəcəyimiz nələrsə var”, – deyə Fernandeş əlavə edib.

Portuqaliya millisi dünya çempionatında ilk oyununu iyunun 17-də Konqo Demokratik Respublikasına qarşı keçirəcək. Komanda qrup mərhələsində daha sonra Özbəkistan və Kolumbiya ilə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun