Medianews.az
Bələdiyyə sədrinin oğlu sərxoş halda qəza törətdi -
50 baxış

Bələdiyyə sədrinin oğlu sərxoş halda qəza törətdi - VİDEO

Türkiyənin Iğdır şəhərində polis yoxlamasından qaçan sürücünün törətdiyi yol qəzasında bir nəfər yaralanıb.

Medianews.az xəbər verir ki, Hadisəyə səbəb olan şəxsin şəhər bələdiyyə sədrinin oğlu olduğu müəyyən edilib.

Məlumata görə, gecə saatlarında Zübeyde Hanım Bulvarında polis əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir avtomobil sürücüsü “dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Polis avtomobili təqib etməyə başlayıb.

Təqib zamanı sürücü İrfan küçəsində döngəni idarə edə bilməyərək qarşıdan gələn motosikletə çırpılıb. Qəza nəticəsində motosikleti idarə edən bələdiyyə işçisi, 55 yaşlı Yusuf Öztürk yaralanıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıya ilkin yardım göstərdikdən sonra onu Iğdır Dövlət Xəstəxanasına aparıb. Müayinə zamanı Öztürkün sağ ayağında və sol diz qapağında sınıqlar aşkar edilib. Daha sonra o, müalicəsinin davamı üçün Ərzuruma göndərilib.

Polis tərəfindən saxlanılan sürücünün Şiyar Güneş olduğu müəyyən edilib. Aparılan yoxlama zamanı onun 2,9 promil sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üzə çıxıb. Bildirilib ki, son 5 il ərzində onun sürücülük vəsiqəsinə üç dəfə əl qoyulub.

Şiyar Güneşə ümumilikdə 640 min türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunub. Həmçinin onun Türkiyənin Iğdır bələdiyyə sədri Mehmet Nuri Güneşin oğlu olduğu məlum olub.

Sürücü polis tərəfindən saxlanılaraq barəsində hüquqi prosedurlara başlanılıb. Qəza anı və hadisədən sonrakı görüntülər isə küçədə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.

Bizə qoşulun