Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 571 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Ryazan, Smolensk, Tver, Tula vilayətləri, Moskva bölgəsi, Krasnodar diyarı, Krım, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində məhv edilib.
Bildirilib ki, PUA-ların 59-u Leninqrad vilayəti üzərində vurulub.\\Axar.az