2026-cı il futbol üzrə dünya çempionatının final oyunundakı fasilə şousunda çıxış edən dünya ulduzları Madonna ilə Castin Biber tələbləri ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, Madonna şounun əvvəlindən sonuna qədər möhtəşəm və böyükmiqyaslı olmasının tərəfdarı olub. Castin Biber isə daha sadə və emosional səhnə quruluşuna üstünlük verib. O, hətta məşqləri belə tez bitirməyi istəyib.
Mənbənin iddiasına görə, Madonna məşqlər zamanı da sərt və tələbkar davranıb. O, ən kiçik səhvlərə görə məşqləri dayandıracaq qədər aqressiya sərgiləyib və komandasından da eyni intizamı gözləyib. Onun məşq zamanı Castinlə üz-üzə gəlməməsinə, onun vaxtına girməməsinə çalışılıb.
Fikir ayrılıqlarına baxmayaraq, hər iki sənətçi sonda öz planını həyata keçirə bilib. Madonna möhtəşəm səhnə şousu təqdim edib, Castin Biber isə "Everything Hallelujah" mahnısını daha sakit və sadə atmosferdə ifa edib.
Qeyd edək ki, dünya çempionatının finalındakı fasilə proqramında BTS qrupu və Şakira da səhnə alıblar.\\Axşam.az