Çində toy mərasimində baş verən hadisə nəticəsində gəlinin 20 yaşlı rəfiqəsi onurğa sütunundan ağır xəsarət alaraq əlil qalıb.
Medianews.az xəbər verir ki, toy zamanı ənənəyə uyğun olaraq bəyin dostları qadını mələfə ilə havaya atıb tutmağa çalışıblar.
Lakin ikinci cəhddə onu tuta bilməyiblər və qadın yerə yıxılaraq bel fəqərəsini sındırıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib və aldığı xəsarət nəticəsində əlil qalıb. O, bəy-gəlini və hadisədə iştirak edən şəxsləri məhkəməyə verib. Məhkəmə zərərçəkənə 230 min yuan təzminat ödənilməsinə qərar verib.
Medianews.az