Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə uduzan milli komandanın çıxışını dəyərləndirib.
Medianews.az xəbər verir ki, Tapia İspaniyanın qələbəyə layiq olduğunu bildirib və məğlubiyyətin ləyaqətlə qəbul edilməsinin vacibliyini vurğulayıb.
“İspaniyanı məğlub edə bilmədik. Onlar daha güclü idilər və qələbəni tam haqq etdilər. Biz bunu qəbul etməliyik. İdmanda məğlub olmağı da qələbə qazanmaq qədər ləyaqətlə qarşılamağı öyrənirik. Bəli, finalı uduzduq. Amma bu komanda ölkəmizə böyük sevinc yaşatdı. Məğlubiyyət ağrıdır, çünki biz həmişə qalib gəlmək üçün mübarizə aparırıq və ikinci yer bizim üçün heç vaxt kifayət etmir”, – deyə Tapia sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turniri gümüş medallarla başa vurub.
Medianews.az