İran ABŞ-nin Bəhreyn və İordaniyadakı hərbi obyektlərini hədəf alan yeni pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirdiyini açıqlayıb.
İranın “Mehr” xəbər agentliyinin yaydığı məlumatda bildirilib ki, İran ordusu Bəhreyndə yerləşən Şeyx İsa Hərbi Hava Bazasında yanacaq anbarlarını, avadanlıq anbarlarını və hərbçilərin yaşayış yerlərini PUA-larla hədəfə alıb.
Həmçinin qeyd olunur ki, İordaniyada yerləşən Muvaffaq Salti (Əl-Əzraq) Hərbi Hava Bazasında təyyarə anqarları, texniki xidmət obyektləri və yaşayış sahələri də zərbələrə məruz qalıb.
Xatırladaq ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edərək krallığı uzun illər Yəmənin milli sərvətlərini, xüsusilə də neft ehtiyatlarını talamaqda ittiham ediblər. Buna cavab olaraq, Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyası iyulun 21-də ticarət gəmilərinin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başladığını açıqlayıb.//Trend