Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığma karyerasını başa vurduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın finalından sonra artıq Argentina millisinin formasını geyinməyəcəyini bildirib.
Otamendi azarkeşlərə müraciətində bu qərarın onun üçün asan olmadığını vurğulayıb və milli komandadan vicdan rahatlığı ilə ayrıldığını, hər zaman komandası üçün əlindən gələni etdiyini deyib.
2009-cu ildən Argentina millisində çıxış edən müdafiəçi 139 oyun keçirib, DÇ-2022-nin və iki Amerika Kubokunun qalibi olub. O, DÇ-2026-da isə komanda ilə birlikdə gümüş medal qazanıb.
Medianews.az