Medianews.az
Oğuzda kafe yandı -
108 baxış

Oğuzda kafe yandı - FOTOLAR

Oğuzda kafe yanıb. 

Medianews.az xəbər verir ki, bu gün səhər saatlarında Oğuz şəhəri ərazisində Elşən Kərimova məxsus, lakin Rəsul Məmmədsadovun işlətdiyi kafedə yanğın baş verib.

Yanğın nəticəsində kafenin yanar konstruksiyaları içərisində olan əşya və avadanlıqlarla birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğına səbəb elketrik naqillərində baş verən qısaqapanma olub.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun