Medianews.az
Qarpızın bu hissəsini
89 baxış

Qarpızın bu hissəsini yeməyin

"Erkən mövsümdə satışa çıxarılan qarpızlarda nitratın miqdarı daha yüksək ola bilər".

Medianews.az xəbər verir ki, bu barədə həkim Dmitri Karpenko bildirib.

Onun sözlərinə görə, erkən qarpızların böyüməsini sürətləndirmək üçün azot tərkibli gübrələrdən istifadə olunduğuna görə bu meyvələrdə nitratın səviyyəsi arta bilər. Mütəxəssis qeyd edib ki, nitratlar əsasən qarpızın qabığına yaxın açıq rəngli hissədə toplanır və həmin hissəni yeməmək tövsiyə olunur.

Karpenko əlavə edib ki, yerli qarpızların ən dadlı və təhlükəsiz dövrü adətən iyulun sonu, avqust və sentyabrın əvvəlinə təsadüf edir. Bu dövrdə məhsul bolluğu ilə yanaşı, qiymətlər də daha münasib olur.

Medianews.az

Bizə qoşulun