Medianews.az
Sankt-Peterburqa və Leninqrad vilayətinə kütləvi dron hücumu -
121 baxış

Sankt-Peterburqa və Leninqrad vilayətinə kütləvi dron hücumu - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti kütləvi dron hücumuna məruz qalıb, nəticədə üç nəfər yaralanıb.

Medianews.az xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Vsevolojsk rayonunun Novosaratovka kəndində yerləşən “Wildberries” anbarlarından birində güclü yanğın baş verdiyini təsdiqləyib. Yanğın nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra “Wildberries” şirkəti Sankt-Peterburqun Şuşarı qəsəbəsində və Utkina Zavod sənaye zonasında yerləşən iki logistika kompleksinin fəaliyyətini müvəqqəti dayandırıb.

Daha bir dron Leninqrad vilayətinin Kirov rayonundakı Sinyavino qəsəbəsində “Severnaya” quşçuluq fabrikinin anbarına zərbə endirib. Anbara ziyan dəyib. İlkin məlumatlara görə, Kirov rayonundakı bu hücum zamanı xəsarət alan olmayıb.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Moskovskoye şossesində yerləşən mülki infrastruktur obyektlərinin də zərbəyə məruz qaldığını bildirib.

Gecə ərzində Sankt-Peterburq və Leninqrad vilayəti üzərində ümumilikdə 59 dron vurulub. Onlardan 50-si Leninqrad vilayətinin ərazisində məhv edilib.

Dron təhlükəsi səbəbindən Rusiyanın 10 hava limanında uçuşlara məhdudiyyət tətbiq olunub. Məhdudiyyətlər Buqulma, Nijnekamsk, Çeboksarı, Kazan, Samara, Ulyanovsk, Saratov, Penza və Pskov hava limanlarını əhatə edib.

Sankt-Peterburqdakı Pulkovo hava limanı da bir müddət təyyarələri qəbul etməyib və uçuşlara icazə verməyib.

Medianews.az

 

Bizə qoşulun