Medianews.az
Bələdiyyə sədri Ferrari ilə drift etdi - <span style=color:red>VİDEO
94 baxış

Bələdiyyə sədri Ferrari ilə drift etdi - VİDEO

Sivasda tamamlanan Şəhid Cengiz Topel PUA-nın uçuş-enmə zolağı və drift sahəsinin açılışı böyük marağa səbəb olub. Medianews.az xəbər verir ki, Sivas Bələdiyyə Başçısı Adem Uzun açılış mərasimində çıxış edərək, drift meydançasının seçki vədi olduğunu vurğulayıb.

"Drift küçələrdə deyil, bu yeni sahədə ediləcək. Ölkənin hər yerindən drift həvəskarları Sivasda toplaşacaq. Bu sahə drift etmək istəyənlər üçün pulsuz ayrılıb",-deyə Adem Uzun bildirib. Açılışdan sonra Adem Uzun Ferrari avtomobili ilə sözügedən məkanda drift nümayişi edib. Onun bu hərəkətləri tədbir iştirakçılarının diqqətini çəkib və anbaan kameraya qeyd olunub.

Yeni açılan uçuş-enmə zolağı isə PUA (pilotsuz uçuş aparatı) üçün xidmət göstərəcək.

Medianews.az

Bizə qoşulun