Medianews.az
Azərbaycanda nə qədər yerli qızıl-gümüş sikkə və qızıl külçələr satılıb? -
114 baxış

Azərbaycanda nə qədər yerli qızıl-gümüş sikkə və qızıl külçələr satılıb? - AÇIQLANDI

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin son 7 ildə Azərbaycanın daxili pərakəndə bazarında yerli qızıl-gümüşdən hazırlanan nə qədər sikkə və yerli qızıldan hazırlanan nə qədər külçə satdığı bəlli olub.

Medianews.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov AZƏRTAC-a müsahibəsində açıqlayıb.

10 ildir fəaliyyət göstərən "AzerGold" QSC yerli qızıl-gümüşdən hazırlanan sikkələri və yerli qızıldan hazırlanan külçələri daxili pərakəndə bazara 7 ildir təqdim edir.

Z.İbrahimov bildirib ki, "AzerGold" ölkədə pərakəndə satışa başladığı dövrdən bu günədək 50 min ədədə qədər qızıl-gümüş sikkə və qızıl külçələr satıb. Bu satışdan ümumilikdə 116 milyon manatdan çox gəlir əldə olunub.

Hazırda "AzerGold"un məhsul portfelinə 1 qramdan 1 kiloqramadək qızıl külçələr, 250, 500 və 1000 qramlıq gümüş külçələr, eləcə də müxtəlif çəkilərdə qızıl və gümüş sikkələr daxildir.

Medianews.az

Bizə qoşulun