UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünə buraxılan Azərbaycan komandaları ikinci təsnifat mərhələsindədir.
Medianews.az bildirir ki, Çempionlar Liqasında “Sabah”ın rəqibi KuPS-dur (Finlandiya).
Üçüncü mərhələyə adlasa, “Sabah”ın bəxtinə ya “Orxus” (Danimarka), ya “Lex” (Polşa) düşəcək.
Avropa Liqasına ələnəcəyi halda “Sabah” ya “Levski” (Bolqarıstan), ya “Universitatya” (Krayova, Ruminiya) ilə üz-üzə gələcək.
“Qarabağ”a Avropa Liqasında SSKA (Bolqarıstan) qismət olub.
Üçüncü mərhələnin mümkün rəqibi ya “Şerif” (Moldova), ya “Makkabi”dir (Təl-Əviv, İsrail).
Konfrans Liqasına ələnəcəyi halda “Qarabağ” ya “Dinamo”ya (Ukrayna), ya PAOK-a (Yunanıstan) tuş gələcək.
Konfrans Liqasında “Zirə”nin rəqibi “Payde” (Estoniya), “Neftçi”nin rəqibi “Dinamo”dur (Minsk, Belarus).
Mərhələ adlasalar, “Zirə” ya “Santa Koloma” (Andorra), ya “Rapid” (Avstriya), “Neftçi” ya “Jelezniçar” (Serbiya), ya “Braqa” (Portuqaliya) ilə oynayacaq.
Hər üç turnir dörd təsnifat mərhələsindən ibarətdir. Liqa mərhələlərində 36 komanda yer alacaq, ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.
Toğrul Əli,
Medianews.az