Medianews.az
Zərdabda azyaşlı aqreqatın altında qalıb öldü
361 baxış

Zərdabda azyaşlı aqreqatın altında qalıb öldü

Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.

Medianews.az  xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.//report

Bizə qoşulun