İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatını açıqlayıb.
Medianews.az xəbər verir ki, Yamal Messidən bağışlanmasını istədiyini deyib.
"Leo mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə dedim: "Bağışla məni". O isə mənə belə cavab verdi: "Səni təbrik edirəm, sən buna daha çox layiq idin". Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm", - deyə Yamal finaldan sonra jurnalistlərə bildirib.