Medianews.az
İranda Fransa diplomatları saxlanılıb
207 baxış

İranda Fransa diplomatları saxlanılıb

İki fransız diplomat İran təhlükəsizlik qüvvələri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktına" məruz qalıb.

Medianews.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, bir gün əvvəl fransız diplomatlar əsassız olaraq bir neçə saat saxlanılıb və dindiriliblər: "İran hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı kobud rəftar edib, diplomatlardan biri hətta fiziki zorakılığa məruz qalıb. Dindirmədən sonra onlar Fransa səfirliyinə qayıdıblar".

Barro insidenti "diplomatik toxunulmazlığın kobud şəkildə pozulması" adlandırıb.

Bizə qoşulun