Medianews.az
Rusiya Azərbaycandan elektrik enerjisi idxalını
336 baxış

Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 54,219 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Medianews.az  xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,522 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 1,189 milyon kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 115 min ABŞ dolları, yaxud 4,8% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan Rusiyadan 1,192 milyon ABŞ dolları dəyərində, 30,033 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 min ABŞ dolları və ya 3,5% çox, həcm ifadəsində isə 4,496 milyon kVt/saat və ya 13% azdır.

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513 milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat və yaxud 2,8 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% çoxdur.

Bizə qoşulun