Medianews.az
Ermənistanda fermerlər İrəvan-Yerasx yolunu
340 baxış

Ermənistanda fermerlər İrəvan-Yerasx yolunu bağlayıblar

Ermənistanda fermerlər pomidor satışı probleminə görə İrəvan-Yerasx yolunu bağlayıblar.

Medianews.az xəbər verir ki, bu barədə yerli "News.am" agentliyi məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları məhsul satışı ilə bağlı problemin həllini tələb edirlər. Etirazçılar avtomobilləri yolun hərəkət hissəsində saxlayıblar və polis əməkdaşlarının tələblərinə baxmayaraq, yolu boşaltmaq tələbinə məhəl qoymayıblar.

Aksiya iştirakçılarından birinin sözlərinə görə, hakimiyyət hər il məhsul satışı problemini həll edəcəyinə söz verir, lakin vəziyyət pisləşir. Fermerlər qeyd edirlər ki, onların məhsulları daxili bazar üçün nəzərdə tutulsa da, ixracla bağlı çətinliklər ölkə daxilindəki satışa da mənfi təsir göstərir.

Fermerlər ya kreditlərə möhlət verilməsini, ya da məhsulun alışı probleminin həll edilməsini tələb edirlər. Əks halda, onlar daha sərt etiraz aksiyalarına keçəcəkləri ilə hədələyiblər.

Bizə qoşulun