Medianews.az
Sinan Özen gənc qalmasının sirrini açıqlayıb
202 baxış

Sinan Özen gənc qalmasının sirrini açıqlayıb

Türkiyəli müğənni Sinan Özen uzun illərdir qoruduğu gümrah görünüşünün sirrindən danışıb. 62 yaşlı sənətçi bildirib ki, sağlam və formada qalmaq üçün həyat tərzinə xüsusi diqqət yetirir.

Demokrat.az bildirir ki, "Ölürüm Yoluna", "Canım Yandı" və "Evlərə Şənlik" kimi məşhur mahnıları ilə tanınan Sinan Özen bu dəfə səhnə fəaliyyəti ilə deyil, illərə meydan oxuyan görünüşü ilə gündəmə gəlib. Müğənni Şimali Kiprdə verdiyi konsertdən sonra sağlam həyat tərzi ilə bağlı açıqlamalar verib.

Özen bildirib ki, özünə peşəkar idmançı kimi yanaşmağa çalışır və bunu bədəninə olan hörmətinin göstəricisi hesab edir. Onun sözlərinə görə, sağlam qalmaq üçün az qidalanır və mütəmadi idmanla məşğul olur.
Müğənni yaşlanmağın təbii proses olduğunu vurğulayaraq, əsas məqsədinin bu dövrü sağlam və xoşbəxt keçirmək olduğunu deyib. O, həyatı sevməyin və yaxın insanlarla birlikdə olmağın gözəl yaş almağın ən vacib amillərindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, Sinan Özen bir müddət əvvəl estetik prosedurlarla bağlı açıqlamasında zaman-zaman botoks etdirdiyini və dəriyə qulluq üçün peşəkar dəstək aldığını da bildirmişdi.

Bizə qoşulun